AZ

Azərbaycan təmsilçisi Avropa Kubokunun əsas mərhələsinə yüksəldi

"Abşeron Lions" basketbol komandası Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin cavab oyununda səfərdə Kipr təmsilçisi "Anortosis"lə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 77:60.

Azərbaycan komandası ilk matçda rəqibini 89:73 hesabı ilə üstələmişdi.

"Abşeron Lions" məhz daha yaxşı göstəricilərə əsasən mübarizəni Avropa Kubokunun əsas mərhələsində davam etdirmək hüququ qazanıb.

Seçilən
6
1
sportinfo.az

10Mənbələr