AZ

İlham Əliyev "Qarabağ"ı təbrik etdi -KOPENHAGENDƏN PAYLAŞIM

Prezident İlham Əliyev “Qarabağ”ı “Kopenhagen” üzərindəki inamlı qələbə münasibətilə təbrik edib.

 

Senzor.az bildirir ki, dövlət başçısının sosial şəbəkə hesablarında paylaşdığı təbrikdə  deyilir:

 

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

 

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".

 

Qeyd edək ki, dövlət başçısı bu gün Danimarkanın paytaxtı Kopenhagenə işgüzar səfərə gedib.

Seçilən
5
49
senzor.az

10Mənbələr