Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında 8-cü yarış günündən sonra ölkəmizin medal sıralamasındakı mövqeyi dəyişməyib.
Sportal.az xəbər verir ki, 2-ci pillədə yerini qoruyan komandamızın aktivində 59 medal 7 qızıl, 21 gümüş, 31 bürünc) var.
Lider Rusiya 88 medal (59 qızıl, 17 gümüş, 12 bürünc) qazanıb.
Belarus 48 medalla (7 qızıl, 18 gümüş, 23 bürünc) üçüncüdür. İndiyədək ümumilikdə 7 ölkə təmsilçiləri medal qazanıblar.
Xatırladaq ki, III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunur.
Yarışın bağlanış mərasimi oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.
Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.
Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
saytlarin hazirlanmasi