AZ

Köhnə-yeni baş məşqçi qardaşını geri qaytardı, tanışlarını saxladı

Dünən «Kəpəz»ə qayıdan Azər Bağırov kimlərlə çiyin-çiyinə çalışacağını müəyyənləşdirib. Gəncə təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayan mütəxəssis köhnə korpusunu da özüylə geri gətirib. Qardaşı Araz Bağırovu özünə əsas köməkçi götürən sükançı həmçinin analitik kimi Rakif Əliyevin xidmətindən istifadə edəcək. Vüqar Məmmədov qapıçılarla işləyəcəksə, Zaur Əsədov fiziki hazırlığa məsuliyyət daşıyacaq.
Azər Bağırov 2024-cü ilin sentyabrından bu ilin iyununadək komandanın başında dayanıb. «Sarı-göylər»i Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlsə də, yeni yönətim müqavilənin müddətini uzatmayıb. Və beləcə, Adil Şükürov təkrar «Kəpəz»ə dönüb. Amma bu sevda da Nizami yurdunun təmsilçisinə fayda vermədi. Gəncəlilər cari mövsümün ilk 6 turunda məğlubiyyətlə üzləşərək, turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr