AZ

“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı

SOCAR ilə SLB şirkəti arasında Xəzər dənizindəki “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb. 

Marja SOCAR-a istinadən xəbər verir ki, bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə, hərtərəfli rezervuar modelləşdirməsinin işlənib hazırlanmasına və bu yataqlarda Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.

"Layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərini hazırlamaq məqsədi daşıyır",- məlumatda bildirilir.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları seqmenti üzrə vitse-prezidenti Babək Hüseynov SOCAR ilə SLB arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. Layihənin qabaqcıl  üsullardan istifadə etməklə yetkin yataqlarda hasilatı optimallaşdırmaq istiqamətində atılan mühüm addım olduğunu söyləyən vitse-prezident “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən qurulmasının növbəti mərhələlərinin texniki əsasının qoyulacağına inamını ifadə edib.

İş elanları AzVak.az-da

SOCAR SLB tərəfdaşlıq Xəzər dənizi Bahar yatağı Qum-dəniz yatağı neft hasilatı erkən hasilat sxemi EPS rezervuar modelləşdirmə quyu qazma hasilatın artırılması əməliyyat səmərəliliyi davamlılıq enerji layihəsi dəniz yataqları neft sənayesi hasilatın optimallaşdırılması uzunmüddətli strategiya texniki əsas Azərbaycan energetikası
Seçilən
18
19
marja.az

10Mənbələr