AZ

Tramp Qəzza münaqişəsi ilə bağlı paylaşım etdi: Azərbaycanın da adı var

ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında Qəzzada münaqişəni sonlandırmaq məqsədilə irəli sürdüyü 20 maddəlik sülh planı ilə bağlı paylaşım edib. "Bakuinfo" xəbər verir ki, paylaşımda Tramp onun Yaxın Şərqdə sülhü bərqərar etmək yönündəki səylərinə dair müxtəlif ölkələrin bəyanatlarına yer verib. Həmin bəyanatlar arasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) müvafiq açıqlaması da yer alıb. Xatırladaq ki, sentyabrın 30-da Azərbaycan XİN ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayıb. (Axar.az)

Seçilən
3
10
bakuinfo.net

10Mənbələr