AZ

“Orta dəhliz” kitabı AzMİU-da təqdim olundu (FOTO)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin(İİTKM) təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaatUniversitetində (AzMİU) “Orta Dəhliz” mövzusunda elmi-praktik təlimvə kitab təqdimatı keçirilib.

Trendxəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, təlim İİTKM-in icraçı direktorunun müavini,iqtisad elmləri doktoru Ramil Hüseyn və Mərkəz tərəfindən nəşredilən “Tranzit İcmalı”nın məsləhətçisi, nəqliyyat eksperti RaufAğamirzəyev tərəfindən aparılıb.

Tədbirdə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti,magistrantlar, doktorantlar və gənc tədqiqatçılar iştirakediblər.

AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif QasımovOrta Dəhliz mövzusunun AzMİU tələbələrinin gələcək peşəkarfəaliyyətində mühüm istiqamət təşkil etdiyini və universitetin bukimi strateji təşəbbüslərdə fəal iştirakının vacibliyinivurğulayıb.

Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiriprofessor Məhəbbət Məmmədov isə kafedranın tələbə və gənctədqiqatçılarının beynəlxalq strateji mövzularla yaxından tanışolmasının onların gələcək elmi-tədqiqat fəaliyyətinə və praktikbacarıqlarının inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Təlim çərçivəsində İİTKM-in OECD və CAREC İnstitutu ilə birgəRumıniyada nəşr etdirdiyi “Orta Dəhliz: Cari reallıqların təhlilivə perspektivlərin dəyərləndirilməsi” (“The Middle Corridor:Navigating Current Realities and Embracing Future Prospects”) adlıkitabın təqdimatı keçirilib. Kitabda 10 ölkədən (Azərbaycan,Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan,Avstriya, İspaniya, Meksika və s.) 22 müəllifin strateji baxışları,regional əməkdaşlıq, enerji təhlükəsizliyi, ticarət, tranzit vəinnovativ iqtisadi inkişaf istiqamətləri öz əksini tapıb.

Ramil Hüseyn təlimdə Orta Dəhlizin iqtisadi və siyasiəhəmiyyətinə toxunaraq onun Avrasiya məkanında regionaləməkdaşlığın güclənməsi üçün mühüm strateji platforma olduğunuvurğulayıb. O, xüsusilə enerji geosiyasəti, rəqəmsallaşma, tranzitxidmətləri və ticarət marşrutlarının modernləşdirilməsi ilə bağlıpraktiki yanaşmaları iştirakçılarla bölüşüb.

İİTKM-in nəqliyyat-logistika sahəsini əhatə edən daha bir nəşri- “Tranzit İcmalı”nın məsləhətçisi Rauf Ağamirzəyev isə çıxışındaOrta Dəhlizin beynəlxalq logistika sistemində rolu, dəhliz boyuncatranzit xidmətlərinin optimallaşdırılması, rəqəmsal nəqliyyatmodelləri və Azərbaycanın bu sahədə artan imkanları barədə məlumatverib.

Universitetin tələbələri və gənc tədqiqatçıları tədbirdə fəaliştirak edərək Orta Dəhlizin iqtisadi və logistika imkanları iləbağlı suallar verib, müzakirələrdə iştirak ediblər.

“Orta
“Orta
“Orta
“Orta
Məqalədə:
Seçilən
19
4
az.trend.az

5Mənbələr