Oktyabrın 3-də Biləsuvar rayonunda növbəti Aqrar Biznes Festivalı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, Festival çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunacaq.
Tədbir Biləsuvar Rayon İcra Hakimiyyəti binasının qarşısında baş tutacaq.