AZ

“Həmin pulla nə ev alacağam?” Dərnəgüldə evləri sökülən sakinlər Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Dərnəgül tikinti bazarının arxa hissəsindəki evlər sökülür.

“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, Şahmar Ələkbərov küçəsindəki evlərin bir çoxunun üzərində müəyyən işarələr var. Həmin işarələr isə rayon icra hakimiyyəti tərəfindən sahəsi ölçülən evlərə çəkilib.

Sakinlər bildirir ki, hətta icra hakimiyyətinin nümayəndələri tərəfindən evlərin ölçülməsi işinə başlanılıb: “Evi içdən içə ölçüb getdilər. Hələ köçürülmə haqqında heç nə deməyiblər”. 

Sakinlər evlərin daxildən ölçülməsi ilə razı deyillər. Çünki həcmləri kiçikdir, buna görə də sadəcə daxilin ölçülməsini düzgün hesab etmirlər: “1970-ci ildən burada yaşayıram. Bir dəfə gəlib ölçdülər. Amma pul barəsində bir söz demədilər. Mənim həyətimi də ölçsünlər. Təkcə evin içini ölçməklə nə pul verəcəklər? Mən həmin pulla nə ev alacam? Çöldən çölə ölçüb, torpağımın pulunu verməlidirlər”.

Qeyd edək ki, ərazidəki evlərin əksəriyyəti sənədsizdir. Mənzillərin sahəsi ölçülsə də, sakinlərə veriləcək pulla bağlı heç bir məlumat verilməyib.

Daha ətraflı videomaterialda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
5
qafqazinfo.az

6Mənbələr