AZ

İstiqlal şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi qeyd edilib – FOTOLAR

İstiqlal şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında il ərzində çoxsaylı tədbirlər keçirilib. Növbəti tədbir TÜRKPA Baş katibliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2 gün ərzində Bakı və Şəki şəhərlərində keçirilib.

Tədbirin 1- ci günü Bakıda Fəxri Xiyabanda ədibin məzarının ziyarət olunması ilə başlayıb. Daha sonra tədbir TÜRKPA- nın inzibati binasında davam etdirilib. Tədbirə ev sahibliyi edən TÜRKPA Baş katibi cənab Mehmet Sürəyya Erin Bəxiyar Vahabzadə haqqında giriş nitqindən sonra tədbirə dəvət olunmuş B. Vahabzadənin dostları görkəmli şairlə bağlı öz xatirələrini bölüşüblər.

Növbəti gün tədbir Şəki şəhərində davam etdirilib. ADPU- nin Şəki filialında millət vəkili Cavanşir Feyziyevin moderatorluğu ilə keçirilən konfransda Türkiyədən, Özbəkistandan və Qırğızstandan gəlmiş Bəxiyar Vahabzadə irsinin araşdırmaçıları şairin yaradıcılığı ilə bağlı apardıqları elmi tədqiqatlardan danışıblar. Tədbirdə xarici ölkələrdən gəlmiş alimlərlə yanaşı Türkiyə Respublikasının ölkəmizdəki səfiri cənab Birol Akgün, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli və Vüqar İsgəndərov iştirak ediblər. Tədbirdə B.Vahabzadənin ailə üzvləri də iştirak edib. Şairin nəticəsi Çingiz Sadıqov tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirib. 4 saat davam edən konfransdan sonra tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin ev muzeyini və Bəxtiyar Vahabzadənin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Qonaqlar görkəmli ədibin abidəsi önünə gül düzüb və daha sonra Şəkinin tarixi yerləri ilə tanış olublar.

Seçilən
4
4
korrespondent.az

5Mənbələr