AZ

İşləri məhkəməyə göndərildi

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatları nümayəndələrinə qarşı aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət məsuliyyətinə cəlb edilənlərdən bir neçəsinə artıq yekun ittiham elan olunub. Onlardan Bəşir Süleymanlı, Qalib Bayramov (Qalib Toğrul) və Nərgiz Muxtarovanın işi məhkəməyə göndərilib.

QHT nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq kimi cinayətlərdə ittiham olunurlar.

İstintaqın əvvəlindən B.Süleymanlı həbs  edilib. Q.Bayramov və N.Muxtarova barəsində isə “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri seçilib.

Cinayət işləri Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrılıqda araşdırılacaq.

Qeyd edək ki, Qalib Toğrul bir neçə ay əvvəl ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır. 

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
4
qafqazinfo.az

5Mənbələr