AZ

Britaniya İrana qarşı sanksiyalarını yenidən bərpa etdi

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Britaniya XİN İranın nüvə və raket proqramları ilə əlaqəli 121 fiziki və hüquqi şəxsə qarşı BMT sanksiyalarını yenidən tətbiq edib.

Bildirilir ki, bu addım İranın JCPOA öhdəliklərinə ciddi əməl etməməsi səbəbindən atılıb. Sanksiyalar silah, maliyyə və ticarət sahələrində məhdudiyyətlərin bərpasını nəzərdə tutur. Xüsusilə adi silahların İrana və İrandan ötürülməsi qadağan ediləcək, uranın zənginləşdirilməsi və nüvə silahı ilə bağlı həssas texnologiyaların tədarükü dayandırılacaq.

Yeni sanksiyalar siyahısına İranın Atom Enerjisi Təşkilatı, Müdafiə Sənayesi Təşkilatı, Şəhid Baqeri Raket Sənayesi Təşkilatı, İslam Respublikası Gəmiçiliyi, Sepah Bankı, Xatəm əl-Ənbiya Qərargahı və bir sıra raket sənayesi və gəmiççilik şirkətləri daxildir.

Siyahıda SEPAH-ın bütün komandirləri və yüksək rütbəli hərbi-siyasi məmurlar – Məhəmməd Rza Nəqdi, Əli Əkbər Əhmədian, Əhməd Vəhidi, Yəhya Rəhim Səfəvi və Məhəmməd Eslami kimi şəxslərin adları yer alır. 

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azpolitika.info

2Mənbələr