AZ

Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan-İtaliya münasibətlərini təcəssüm etdirir - Vüqar Rəhimzadə

Bakı. Trend:

“Bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həmhəyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki,bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərinqurulması bizim timsalımızda bir örnək ola bilər.”

Prezident İlham Əliyev sentyabrın 30-da ölkəmizdə rəsmi səfərdəolan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iləmətbuata birgə bəyanatlarında səsləndirdiyi bu fikirlər iki ölkəninmünasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq salır.

Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınanAzərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalqtəşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinəüstünlük verir. Bu baxımdan beynəlxalq münasibətlər sistemininaktorları Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəalrolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir,ölkəmizlə müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyükönəm verirlər. Tarixi Zəfərimizdən sonra Azərbaycanın müxtəlifölkələrlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədəəlaqələrinin yeni istiqamətlər üzrə inkişafı diqqətdən kənardaqalmır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərləqarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlərmüəyyənləşdirilir. Azərbaycan-İtaliya münasibətlərinin yüksələnxətlə inkişafı da bunun bariz nümunəsidir. İtaliya və Azərbaycanstrateji tərəfdaşlardır.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadədeyib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev italiyalıhəmkarı ilə mətbuata birgə bəyanatında da bu məqamlara xüsusidiqqət yönəltdi ki, aramızda iki strateji tərəfdaşlıq sənədi var.Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd - HərtərəfliStrateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəlimzalanıb. Bu illər ərzində münasibətlərimiz çox sürətlə vəmüxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksəksəviyyədədir. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarəttərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır.Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. XüsusiləAzərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünyabazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərəbilmişik.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çoxqədimdir. İtaliya Azərbaycanın Avropada uzun illər ərzindədiplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Ötən dövrdəölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İkiölkə arasında rəsmi münasibətlərin 1992-ci ildən başlanması və uzunmüddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyiböyük dəyər və hörmətin nəticəsidir. Ölkələrimiz arasında həmiqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var.Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Dövlətlərimizarasında neft və qeyri-neft sektorunda çox yaxşı münasibətlərqurulub. İkitərəfli münasibətlərin geniş hüquqi bazaya malik olmasıəlaqələrin sürətlə inkişaf etməsinə münbit şərait yaradır. İtaliyatarixə qovuşan Qarabağ məsələsində də daim Azərbaycanın ədalətlimövqeyini dəstəkləyib. Hətta İtaliya Senatı Cənubi Qafqazdavəziyyətlə bağlı qətnamə qəbul edib. Həmin qətnamədə CənubiQafqazda sülhün bərqərar olmasında, keçmiş Qarabağ münaqişəsininhəllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyiöz əksini tapıb.

Milli Məclisin deputatı bildirib ki, möhkəm dostluq vəəməkdaşlıq ənənələri Azərbaycan-İtaliya münasibətlərini təcəssümetdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteridaşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərininkişafına böyük təkan verir. İtaliya Prezidenti SercioMattarellanın 2018-ci ildə Azərbaycana ilk dövlət səfəri dəəlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonraAzərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralındaİtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlərdaha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ciildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamikşəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanıİtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədarimzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi,dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalqforumda iştirakı və çıxışı, həmçinin 2024-cü ilin iyunundaİtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan”tipli hərbi nəqliyyat təyyarəsinin Heydər Əliyev BeynəlxalqAeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı İlham Əliyevə təqdim olunması və digər faktlar iki ölkəarasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariznümunəsidir.

Statistik rəqəmlər də ölkələrimiz arasında əlaqələrin yüksələnxətlə inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, iki ölkəarasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkiledir. Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi artıb.İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarəttərəfdaşı Azərbaycandır. Ölkələrimiz arasında ticarət dövriyyəsiçoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycandaiqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neftsektorunda çox geniş təmsil olunurlar. Hazırda İtaliya işgüzardairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur,həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdəiştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kəndtəsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdəfəaliyyət göstərir. Ölkələrimizin enerji sahəsində əməkdaşlığı dayüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neftməhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. CənubQaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz borukəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerjitəhlükəsizliyini möhkəmləndirən vacib amildir.

Vüqar Rəhimzadə vurğulayıb ki, diplomatik əlaqələrinyaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinəistiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliyaxalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir.Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğu, eynizamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafıAzərbaycan-İtaliya münasibətlərinin xarakterinə müsbət təsirgöstərir. Azərbaycan və İtaliya Prezidentlərinin təkbətək və geniştərkibdə görüşlərində “Sizin səfərinizə biz çox böyük əhəmiyyətveririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıqəlaqələrinin təzahürüdür” söyləyən cənab İlham Əliyev bu məqamıxüsusi qeyd etdi ki, hazırda təhsil sektorunu da əhatə edənəməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır. Oktyabrın 1-dəPrezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdərəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella Bakıdaİtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarınınaçılışında iştirak etdilər. İtaliya-Azərbaycan Universitetininaçılışı dostluğumuzu daha da möhkəmləndirəcək.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan-İtaliyamünasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır və İtaliyaPrezidenti Sercio Mattarellanın səfəri strateji tərəfdaşlığaəsaslanan əlaqələrimizi daha da möhkəmləndirəcək.

Məqalədə:
Seçilən
1
7
az.trend.az

8Mənbələr