AZ

Oğluma səndən də yaxşı qız almışam

Əməkdar artist Kubra Əliyeva "Elgizlə izlə" proqramına qatılan Ülkər adlı iştirakçı ilə dava edib.

Publika.az Axşam.az-a istinadla xəbər verir ki, aktrisa qızın orada olan narkotikdən sağalan digər bəyə "Sənin kimi birinə ərə getmərəm" deməsinə əsəbiləşib. Qızın ona cavab verməsini görüb özündən çıxan K.Əliyeva onun mikrofonunun bağlanmasını istəyib:

"Sakit dur, mənə cavab vermə. Qız uşağısan, qapını elçilər dağıdırdı? Deyirdin, sənin kimi oğlana ərə getmərəm. Səndən də yaxşı qız oğluma almışam, mənə oğul verdi. İndi nəvəm əsgərlikdədir. Qabaqdangəlmişlik etmə. Mikrofonu alın onun əlindən. Sayqın yoxdu sənin. Xəstəlikdən sağalan birinə deyirsən ki, sənin kimi birinə ərə getmərəm. İnsanlar balasını narkotikdən müalicə etdirmək üçün evini satır. Sənin qapına gəlib?

Mən bunu yaşamışam. Səni izləyəndə bütün bədənim əsdi. Onları qurtarmaq üçün ölürük. Belə insanlara əl tuta bilirsiniz tutun, tuta bilmirsinizsə susun. Adi bir qığılcım onları məhv edir. Mənim oğlum Rauf 5 dil bilirdi. Mən elə dərd yaşadığım üçün analar zəng vurdu mənə, dedilər ki, susdurun o qızı. Oğluma elçi gedəndə dedim ki, övladım bu yolun yolçusudur. Amma arxanda mənim kimi qayınanan var. Onu işə qoydum, nəvəmi də götürdüm və ona ev də aldım. Həmin vaxt indiki kimi reabilitasiya mərkəzləri olsaydı Rauf kimi oğulu itirməzdik".

Seçilən
9
1
publika.az

6Mənbələr