"Mançester Yunayted" 17 yaşlı kolumbiyalı vunderkind Kristian Orozkonu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, "Fortaleza"dan transfer edilən müdafiəçi "qırmızı şeytanlar"a 1 milyon dollara başa gəlib. Onunla müqavilə 2026-cı ilin yayında qüvvəyə minəcək.
Heç də yaxşı günlərini yaşamayan "Mançester Yunayted" cari mövsüm 6 turda cəmi 7 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsindədir.