AZ

“Bir Bonus” “Toyota Corolla” və yüzlərlə bonus qazandırır

“Bir ekosistem”in vahid loyallıq proqramı olan “Bir Bonus” möhtəşəm hədiyyələr qazandırır.

Belə ki, 1 oktyabr tarixindən etibarən “Bir Bonus” lotereyası start götürüb. Bu lotereyada həm bonus qazanaraq, həm də xərcləyərək iştirak etmək mümkündür. Noyabrın 15-dək davam edəcək lotereyada istifadəçilər yüzlərlə bonusla yanaşı, lotereyanın əsas mükafatı “Toyota Corolla” avtomobilinə sahib olmaq şansı əldə edirlər. Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər.

Lotereyada iştirak prosesi çox sadədir. “Kapital Bank”/ “Birbank” kartları və ya “m10” ilə ən azı 5 AZN və daha yuxarı məbləğdə ödəniş 1 şans qazandırır. Birmarket.az saytı və ya “Birmarket” tətbiqində edilən ödənişlər sahibinə 10 şans gətirir. Bonus balansından 0.50 və yuxarı məbləğdə “Bir Bonus” xərcləyən iştirakçılar 1 şans, Birmarket.az və “Birmarket” tətbiqində isə 10 şans qazanırlar.

Aşağıdakı əməliyyatları icra edərək lotereyada şans saylarını artırmaq mümkündür:

- “Birbank” tətbiqində aylıq təklif edilən bonus kateqoriyalarından seçim edib, həmin kateqoriyalarda edilən ödənişlər;

- Partnyor mağazada alış-veriş zamanı “Bir Bonus” barkodunu oxudaraq edilən ödənişlər;

- “m10” tətbiqində bonus ilə edilən və ya bonus qazandıran ödənişlər;

- “Birbank” və ya “m10” da QR funksiyası ilə bonuslarla edilən ödənişlər;

- “Bir Bonus” kabinetini “Trendyol Azərbaycan”da əlaqələndirib edilən ödənişlər;

- Bonus kateqoriyası seçib bonus partnyorunda edilən ödənişlər;

Lotereyanın yekununda ümumilikdə 1001 nəfər qalib seçiləcək. Onlardan 1 nəfər lotereyanın superprizi – “Toyota Corolla” avtomobilini, digərləri isə yüzlərlə bonus qazanacaq.

Seçilən
7
29
publika.az

10Mənbələr