AZ

"Təbiətin ən səssiz “atrançik”i"- İbrahim Nəbioğlu yazır

“Dünya saniyədə 465 metr sürətlə fırlanır, amma biz hiss etmirik. Çünki sükan Tanrının əlindədir, sürət də sabitdir – “təcili əyləc” yoxdur”.

News365.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist İbrahim Nəbioğlu özünün sosial səhifəsində yazıb. O əlavə edib ki, dünya dönür, biz hiss etmirik:

“Niyə? Çünki çox yavaş fırlanır – 24 saata bir tur. Ferris çarxı bundan sürətlidir. Əgər dünya böyük sürətlə fırlansaydı, çoxdan kosmosa uçmuşduq. Nə yaxşı ki, mərkəzqaçma qüvvəsi də “tənbəl”dir. Bütün ömrümüz dünya ilə fırlanmaqla keçir, amma heç kim başgicəllənməsi yaşamır. Təbiətin ən səssiz “atrançik”i budur”.

News365.az

Seçilən
9
news365.az

1Mənbələr