AZ

Müəllim bir otaqda eyni vaxtda 2 sinifə dərs keçir

Qəbələnin Tikanlı kəndində yerləşən tam orta məktəbdə I və II sinif şagirdləri eyni sinif otağında dərs alırlar.

Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, valideynlərin sözlərinə görə, müəllim ilk 22 dəqiqəni birinci siniflə, növbəti 22 dəqiqəni isə ikinci sinif şagirdləri ilə keçirir. Bu vəziyyət isə valideynlərin narazılığına səbəb olub.

Onlar bildirirlər ki, məktəbdə kifayət qədər sinif otağı və müəllim heyəti olduğu halda iki müxtəlif sinfin bir yerdə dərs keçməsi doğru deyil. Bu yanaşma uşaqların dərsi mənimsəməsində çətinlik yaradır. Dominos pizza

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ibtidai siniflərdə şagird sayı 10-dan az olduqda həmin siniflər birləşdirilmiş şəkildə komplekt sinif kimi təşkil edilir. Bu qaydaya görə, birləşdirilmiş siniflərdə ümumi şagird sayı 18 nəfəri keçməməlidir:

"Tikanlı kənd məktəbində hazırda I sinifdə 9, II sinifdə də 9 şagird təhsil alır. Bu da komplekt sinif yaradılması üçün nəzərdə tutulan normativlərə tam uyğundur".

Təhsil idarəsi əlavə edib ki, bu cür siniflərdə dərs prosesi xüsusi təlim metodikasına əsasən həyata keçirilir.


Telegram kanalımız
Seçilən
8
7
yenisabah.az

8Mənbələr