Müğənni Murad Arif həmkarı Mənzurə Musayevanın mahnısını ifa edəcək.
Musavat.com xəbər verir ki, bunu Mənzurə Musayeva "İncə səhər" verilişində qonaq olan zaman açıqlayıb.
O bildirib ki, Murad Arif mahnı üçün ondan icazə alıb:
"Bu yaxınlarda Murad Arif mənə zəng etmişdi, mahnımı oxumaq istədiyini dedi. Mən çox sevinirəm ki, o hər cürə mahnı oxumağa çalışır. Yeni bir popuri hazırlayır, orada mənim "Davulcu" mahnımı da səsləndirib. Mən də razılaşdım. Onu çox sevirəm və uğurlar razulayıram".
Könül
Musavat.com