AZ

44 günlük müharibə hesabatı Ermənistan parlamentində qalmaqal yaratdı

Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı ətrafında qalmaqal yaranıb.

Musavat.com xəbər verir ki, komissiyanın rəhbəri Andranik Koçaryan sənədin qapalı müzakirələrdə qalmasının doğru olmadığını bildirərək, onun açıq şəkildə parlament gündəliyinə salınmasını tələb edib.

Parlamentin sədri Alen Simonyan isə buna qarşı çıxaraq vurğulayıb ki, hesabatın təqdim edilmə müddəti çoxdan başa çatıb və qanunvericilik baxımından sənədin artıq gündəliyə daxil edilməsi mümkün deyil. Üstəlik, hesabat hələ də rəsmi qaydada parlament sədrinə təqdim edilməyib.

Koçaryan isə bu arqumentləri qəbul etməyərək, alternativ hüquqi yolların mövcud olduğunu qeyd edib. O, nümunə kimi Aprel döyüşləri ilə bağlı hesabatı göstərib – həmin vaxt da müddətlərin pozulduğunu, lakin sənədin müzakirəyə çıxarıldığını xatırladıb.

Hazırda hesabatın taleyi sual altındadır: sənəd parlamentin açıq gündəliyinə daxil ediləcək, yoxsa rəsmi şəkildə bloklanacaq – bu, yaxın günlərdə aydınlaşacaq.

Musavat.com

Seçilən
12
1
musavat.com

2Mənbələr