AZ

İsmayılov saxta ordenlərdən birini də türk liderə veribmiş

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədovu da təltif edibmiş.

Axar.az Azxəbər.com-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Eldar İsmayılov Türkmənistanda keçirilən böyük tədbirdə Berdiməhəmmədova “Dədə Qorqud” ordeni verir.

Təltifetmə mərasiminin videolarından görünür ki, Eldar İsmayılov Xəzərin o tayına tək getməyibmiş, yanında Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev də varmış.

Qeyd edək ki, Eldar İsmayılovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb.

O, istintaqa cəlb edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
3
axar.az

4Mənbələr