AZ

Fransa XİN: “ İran üçün danışıqlara yol hələ də açıqdır”

Vətəninfo.az xəbər verir ki, dünən Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris BMT sanksiyalarının Tehranla dialoqa maneə yaratmadığını düşünür və danışıqlar üçün yolun hələ də açıq olduğuna inanır.

Nazir bu fikirləri Səudiyyə Ərəbistanınında keçirilən Münhen Təhlükəsizlik Konfransı liderlərinin toplantısı çərçivəsində “Əl-Ərəbiyyə”yə verdiyi eksklüziv müsahibədə səsləndirib.

Bir gün əvvəl G7 ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayaraq, İranı ABŞ ilə birbaşa danışıqlara başlamağa və nüvə öhdəliklərinə tam əməl etmək üçün praktiki addımlar atmağa çağırıblar.

Seçilən
14
veteninfo.az

1Mənbələr