AZ

Yevlaxda dəhşət: gənc oğlan kafedə öldürüldü

Oktyabrın 10-da Yevlax  rayonu ərazisində 29 yaşlı Xəyal Zeynalovun aldığı xəsarətlər səbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan Ölkə.Az-a verilən xəbərə görə, araşdırma zamanı 26 yaşlı Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Mahir Baxşalızadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
18
23
olke.az

10Mənbələr