AZ

“Karabakh” və “Karabakh.ru”səhifəsi artıq 5 ildir ki, dünyaya Qarabağla bağlı həqiqətləri təqdim edir - FOTO

“Karabakh”
Bu gün Qarabağ həqiqətləri və müasir Azərbaycan tarixinin xronologiyasını dünya ictimaiyyətinə təqdim edən “Karabakh” və “Karabakh.ru” informasiya platformalarının yaradılmasından beş ili ötür. Qeyd edək ki, “Karabakh” və “Karabakh.ru” səhifələrinin layihə rəhbərləri Arzu JaeedElnur Əliyevə aiddir. 2019-cu ildə səhifələr yaradılan zaman komandanın qarşısına aydın məqsəd qoyulmuşdu - Prezident Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın işğaldan azad olunması istiqamətində ortaya qoyduğu siyasi iradəni, Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq, Azərbaycanın haqq səsini daha da uca səslə oxuculara təqdim etmək. Bu məqsədlə geridə qalan 5 il ərzində minlərlə xəbər postu, onlarla beynəlxalq kampaniyalar həyata keçirilib və səhifələr milyonlarla insana informasiya təqdim edib. Bu rəqəmlərin arxasında ölkəmizin maraqlarını müdafiə edən komandamızın hər bir üzvünün gərgin əməyi dayanır. Cəbhədə atəş səsləri eşidildikdə “Karabakh” və “Karabakh.ru” səhifələri informasiya müharibəsinin ön cəbhəsində dayandı. Bu səhifələr vasitəsi ilə rəşadətli ordumuzun qəhrəmanlığı barədə dünyaya dolğun informasiya çatdırıldı, ölkədən kənarda minlərlə insan həqiqəti öyrəndi.
Bu beş il ərzində reallaşan layihələr informasiya davamlılığı, vətənpərvərlik və milli ləyaqət əsas səhifələrin əsas simvoluna çevrilib. Bu səhifələrdə Bakıdan, Berlinə, İstanbula, Vaşinqtona, Nyu-Yorka, Londona bir sözlə bütün dünyayda oxucularımızı bir amal ətrafında birləşdirdi. Beş yaşın mübarək "Karabakh" və "Karabakh.ru"! Qarabağ Azərbaycandır! Facebook: Karabakh

Seçilən
1
2
1news.az

3Mənbələr