AZ

Qaçırtdığı 15 yaşlı qızın valideynlərindən polisə şikayət etdi: Özü həbs olundu

"TikTok"da tanış olduğu 15 yaşlı qızı Ağdaş rayonuna qaçıran şəxs həbs edilib.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Ağdaş rayonunun Sadavat kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev (ad və soyad şərtidir) "TikTok" sosial şəbəkəsində Arzu adlı qızla tanış olub. Məlum olub ki, Arzu 2010-cu il təvəllüdlüdür. Bir müddətdən sonra Arzu ilə Orxan arasında sevgi münasibətləri yaranıb və oğlan ona evlənmək təklif edib. Arzu oğlanın təklifi ilə razılaşıb və Orxan Bakıya gəlib. Sabunçu rayonunun Ramana qəsəbəsindəki parkda görüşən cütlük qərara gəliblər ki, birlikdə Ağdaş rayonuna - Orxanın atasının evinə getsinlər və ailə qursunlar.

Orxanla Arzu Ağdaş rayonuna gəlib. Orxan Arzunu ailə üzvlərinə təqdim edərək, onun 17 yaşının olduğunu deyib. Orxanın valideynləri də buna görə onların evlənməsinə icazə veriblər.

Səhəri gün Arzu valideynlərinə zəng vuraraq Orxanla ailə qurduğunu deyib və Ağdaş rayonuna köçdüklərini bildirib. Arzunun valideynləri isə qızın yetkinlik yaşına çatmadığı üçün onun geri qayıtmasını istəyiblər. Lakin Arzu geri qayıtmayıb. Valideynləri cütlüyü hər gün narahat etməyə başlayıb və Arzunu geri çağırıblar.

Zənglərdən bezən cütlük məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinə müraciət edib, Arzunun valideynləri barədə tədbir görülməsini istəyib.

Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, Arzu 2010-cu il təvəllüdlüdür və o yetkinlik yaşına çatmayıb.

Faktla bağlı cinayət işi başlanıb, Arzu ailəsinə qaytarılıb.

Cinayət işinin istintaqı yekunlaşaraq, iş Ağdaş Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, Arzu və onun ailə üzvlərinin Orxandan şikayəti yoxdur.

Məhkəmənin hökmü ilə O.Mirzəyev 1 il 3 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

"Cebheinfo.az"

Seçilən
4
8
cebheinfo.az

9Mənbələr