AZ

Yuxu probleminə səbəb olan üç qida müəyyən edilib

Somnoloq (yuxu mütəxəssisi) Ketrin Hall xəbərdarlıq edib ki, yuxuya getməkdə çətinlik çəkən və gecə tez-tez oyanan insanlar pəhrizlərinə diqqət yetirməlidirlər.

E-saglam.az xəbər verir ki, o, HuffPost nəşrinə açıqlamasında yuxusuzluğa səbəb ola bilən üç əsas qida kateqoriyasını açıqlayıb.

Birinci növbədə, mütəxəssis axşam saatlarında duzlu qidalardan uzaq durmağı məsləhət görür. Onun sözlərinə görə, duzun miqdarı yüksək olan qidalar (məsələn, cips, duzlu qoz-fındıq, pastırma, turşu tərəvəzlər) bədəndə maye yığılmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Bu isə gecə orqanizmin tam istirahətə keçməsinə mane olur və insanın tez-tez tualetə getmək üçün oyanmasına gətirib çıxarır.

İkinci kateqoriyaya turşulu məhsullar daxildir. Hall bildirir ki, pomidor, badımcan, pendir, soya sousu və qırmızı şərab kimi qidalar tiramin adlı amin turşusu ilə zəngindir. Bu maddə beynin aktivliyini artırır və yuxuya getməyi çətinləşdirir.

Üçüncü yerə isə ədviyyatlı yeməklər daxildir. Çili bibəri və digər ədviyyatlar kapsaisin adlı maddə ehtiva edir. Kapsaisin bədən istiliyini yüksəldir və bu da rahat yuxuya mane olur. “Bunun üzərinə həzm prosesi üçün tələb olunan əlavə enerjini də gəlin. Nəticədə, orqanizmin sakitləşməsi və dərin yuxuya getməsi daha da çətinləşir”, – deyə Hall qeyd edib.

Mütəxəssis əlavə edib ki, sağlam yuxu üçün axşamlar daha yüngül, az duzlu və sadə yeməklərə üstünlük vermək lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
8
e-saglam.az

1Mənbələr