AZ

Duzdan tamamilə imtina etmək olmaz

Kardioloq Aurelio Roxas xəbərdarlıq edib ki, duzdan tamamilə imtina etmək ürək sağlamlığı üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, La Razón nəşrinin məlumatına görə, mütəxəssis bəzi populyar sağlamlıq tövsiyələrinin müasir elmi biliklər fonunda yenidən qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, duzun sağlamlığa yalnız zərərli olduğu barədə təsəvvür yanlışdır. “Çox az duz bədən üçün çox olduğu qədər zərərli ola bilər. Əgər pəhrizdən duzu tamamilə çıxarsanız, xüsusilə də aktiv həyat tərzi keçirir və ya idmanla məşğul olursunuzsa, bu, ürək-damar problemləri riskini artıra bilər,” – deyə Rojas bildirib.

Kardioloq əlavə edib ki, əsas təhlükə duzun özündə deyil, emal olunmuş məhsullarda gizlənən yüksək miqdarda natriumdadır. Onun sözlərinə görə, fast food və hazır qidalar natriumla zəngin olur və bu, qan təzyiqinin yüksəlməsinə, eləcə də ürək xəstəlikləri riskinin artmasına səbəb olur.

Roxasın fikrincə, ən doğru yanaşma – balansdır: təbii qidalanma, evdə hazırlanmış yeməklərə üstünlük vermək və duz miqdarını ölçülü şəkildə istifadə etmək lazımdır.

Tərcümə: Nəzrin Abbas

Seçilən
6
e-saglam.az

1Mənbələr