Diyetoloq Tatyana Selezneva sağlamlığa ən çox zərər verən qəhvə növünü açıqlayıb. Mütəxəssisin sözlərinə görə, qəhvənin özü – latte, americano, espresso və digər növlər – orqanizm üçün təhlükəli deyil, lakin onların istehlak miqdarı və tərkibindəki əlavələr sağlamlığa zərər vura bilər.
E-saglam.az xəbər verir ki, Aif.ru-ya müsahibəsində Selezneva bildirib ki, ən zərərli qəhvə növləri müxtəlif şirin əlavələr – şəkər, şərbət və dadlandırıcılarla zəngin olan içkilərdir.
O, gündə iki fincandan artıq qəhvə içməməyi və xüsusilə axşam saatlarında bu içkidən uzaq durmağı tövsiyə edib:
“Gecələr qəhvə içmək yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər".
Dietoloq həmçinin vurğulayıb ki, südlə və qaymaqla içilən qəhvələr daha yumşaq təsir göstərsə də, onların kalori miqdarı yüksək olur.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az