AZ

Böyük Britaniya polisi: Mançester sinaqoquna hücum terror aktıdır

Mançesterdə sinaqoqa hücumun terror aktı olduğu ehtimal edilir.

Bu barədə Britaniya polisinin verdiyi məlumatda qeyd edilir.

"Bu səhər baş verən insident terrorla əlaqəli hesab edilir. Hadisə "terror" elan edilib", - Manchester Evening News (MEN) nəşri bu barədə yazıb.

Agentlik əlavə edib ki, hücum edən şəxs güllələnib. Polis həmçinin daha iki nəfərin həbs olunduğunu bildirib.

Seçilən
19
aznews.az

1Mənbələr