AZ

Estetik döş əməliyyatı etdirən qadınlara cəza verirlər

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sərt qadağa və qaydaları ilə diqqət çəkən Şimali Koreya daha bir tədbirə başlayıb. Məlumata görə, döş böyütmə əməliyyatı keçirən qadınların şəxsiyyəti müəyyənləşdirilir. Reyting.az xəbər verir ki, Şimali Koreyada qeyri-qanuni estetik əməliyyat keçirən həkimin həbsi ölkədə geniş qınaqlara səbəb olub. Həm döş böyütmə əməliyyatını edən həkimin, həm də əməliyyat etdirən qadınların ağır sanksiyalarla üzləşdiyi bildirilir.Ötən ayın ortalarında Sarivon şəhərindəki mədəniyyət mərkəzində həyata keçirilən gizli estetik əməliyyat prosedurlarından sonra həm həkimə, həm də əməliyyat olunan qadınlara qarşı ictimai iddia qaldırılıb.Təcrübəsiz həkimin Çindən gətirilən implantlardan istifadə edərək qeyri-qanuni əməliyyatlar apardığı məlum olub. Məhkəmə qarşısına çıxarılan iki qadın əməliyyatı sırf “gözəl görünmək” üçün seçdiklərini iddia etsələr də, məhkəmə hakim onları “sosialist sisteminə xəyanətdə” ittiham edib.Sarivondakı yerli hökumətin oxşar əməliyyatlar keçirmiş qadınları müəyyən etmək üçün hərtərəfli araşdırmaya başladığı bildirilir. Şübhəli hesab edilən qadınların xəstəxanalarda fiziki müayinədən keçirildiyi iddia edilib.V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
reyting.az

2Mənbələr