AZ

Dünyanı çalxalayan qərar: 7 il öncə 35 gün, indi… – bizi nə gözləyir?

ABŞ-da hökumət fəaliyyətinin qismən dayandırması ilə bağlı qərar dünyada səs-küy yaradıb. Artıq bir neçə ölkələrə, o cümlədən Azərbaycana bununla əlaqəli məlumat göndərilib. Belə ki, ABŞ-ın ölkəmizdə səfirliyi maliyyələşmənin dayandırılması səbəbindən “Facebook” hesabında yenilənmələrin müvəqqəti olaraq məhdudlaşdırıldığını açıqlayıb. Qurum bildirib ki, pasport və viza tranzit xidmətləri imkan daxilində davam etdiriləcək.

ABŞ-da federal hökumətin bağlanması azərbaycanlılara necə təsir edəcək?

Hurriyyet.Az xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov xatırladıb ki, bu, ABŞ-da artıq 22-ci şatdaun hesab olunur:

“Proses dövlət təhlükəsizliyi və həyati əhəmiyyət kəsb edən qurumlar istisna olmaqla digər sahələrdə hökumət işlərinin dayanmasına gətirib çıxarır. Minlərlə əməkdaş məzuniyyətə göndərilir, maliyyələşmədə problemlər yaranır. Şatdaun Vaşinqtonun xarici siyasətinə də müəyyən təsir göstərir. Təhlükəsizliklə bağlı əsas məsələlərin həlli davam etsə də, konsulluq və səfirliklərin fəaliyyəti məhdudlaşa bilər. Bu isə viza və digər sənədləşmə proseslərində çətinliklərə səbəb olur”.

Hüquqşünas bildirib ki, ABŞ-la əlaqəsi olan bütün ölkələr, o cümlədən Azərbaycan vətəndaşlarının da prosesdən təsirlənməsi mümkündür:

“Şatdaun adətən çox davam etmir. Ən uzun müddət 2018-ci ildə Donald Trampın prezidentliyi dövründə 35 gün olub. Bu proses hər gün milyardlarla dollara başa gəlir və dövlətin fəaliyyətinə ciddi təsir göstərir. Ona görə də vəziyyətin müvəqqəti olduğunu nəzərə almaq və prosesin başa çatmasını gözləmək lazımdır”.  

Seçilən
3
1
hurriyyet.az

2Mənbələr