AZ

“Zirə”dən “Neftçi”ylə bağlı iki cümləlik açıqlama

7-ci turun ən prinsipial qarşılaşmalarından biri, bəlkə də birincisi Zirədə baş tutacaq.

12 xalla “Turan Tovuz”la bərabər turnir cədvəlinə liderlik edən meydan sahibləri ötən həftə “Karvan-Yevlax”la qolsuz bərabərə qalan “Neftçi”ni qəbul edəcək.

Bu komandalar arasındakı prinsipiallıq barədə uzun-uzadı danışmağa gərək yoxdur.

Təkcə bir faktı xatırlatmaq olar ki, “ağ-qaralar” ən pis günlərində belə, “qartallar”ı məğlub etməyi bacarıb.

Baş məşqçilər – Rəşad Sadəqovla Samir Abasovun dueli isə qarşılaşmaya əlavə rəng qatır.

“Zirə”nin kapitanı Qismət Alıyev matçla bağlı Sportinfo.az-a verdiyi açıqlamada iki cümləyə gərək duyub:

“Neftçi”ylə oyunlarımız hər zaman maraqlı və gərgin keçib. Rəqibin adından asılı olmayaraq, hər matça qələbə üçün çıxırıq”.

Oktyabrın 3-də Zirə İdman Kompleksinin meydanında keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.

HƏBİB

Seçilən
25
sportinfo.az

1Mənbələr