Kopenhagen. Trend:
Biz dondurulmuş Rusiya aktivlərinin istifadəsinin müzakirəsindəirəliləyiş əldə etmişik.
Trend-in xüsusi müxbirinin məlumatına görə,bunu Danimarkanın baş naziri Mette Frederiksen “Avropa SiyasiBirliyi”nin 7-ci Sammiti çərçivəsində Ukrayna prezidenti VladimirZelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçünistifadəsinə dair müzakirələrin irəlilədiyini, lakin yekun qərarınhələ verilmədiyini bildirib.
"Biz dünən olduğu kimi Şuranın qeyri-rəsmi iclasında bu məsələilə bağlı qərar verə bilmərik. Ancaq Kopenhagendə məhz, beləgünlərdə müzakirə etmək və mahiyyətini araşdırmaq imkanımız olur.Düşünürəm ki, biz məsələnin müzakirəsində irəliləyiş əldə etmişik,lakin hələ yekun qərara gəlməmişik və bu, görüşlər üçün planın birhissəsi deyildi. Onların məqsədi siyasi fəaliyyət üçün qərarlarhazırlamaqdır. Bu mənada irəliyə doğru bir addım atmışıq və bu,artıq yaxşı nəticədir", - Frederiksen əlavə edib.