“Yeni Sabah” xəbər verir ki, oktyabrın 2-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərərgahında nəşrin təqdimatı keçirilib.
Kitabda Azərbaycanda Milli Hökumətin (1945-1946) yaranması və fəaliyyəti ilə bağlı sənədlər, M.C.Pişəvərinin və həmin dövrün siyasi xadimlərinin tarixi hadisələrin gedişini əks etdirən məqalə və məktubları toplanıb.
Təqdimat mərasimində VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı, professorlar Qulu Məhərrəmli, Cəmil Həsənli və başqa alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri qatılıb.
Qeyd edək ki, Rəhim Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin atasıdır.