AZ

Paylaşımıma qeyri etik sözlər yazdılar

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Hər zaman deyirəm ki, bildirdiyimiz fikirlər bəzən olduğu kimi qarşılanmır. Heç bir vəziyyət göründüyü kimi olmur. Hansısa fikrin birmənalı qarşılanması üçün gərək 1 saat danışasan ki, qarşındakına nədən bəhs etdiyin aydın olsun".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Qonaqcanlı" verilişində deyib. Sənətçi bu məsələdə həyat yoldaşının ona verdiyi məsləhətdən də danışıb:

"Efirdə bir cümlə deyirəm, sonra özüm də baxıram ki, fikrim bir az başqa cür çıxıb. Əslində isə heç belə demək istəmirsən. Bu yaxınlarda da nəsə paylaşmışdım. Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki... Həyat yoldaşım Fəxrəddinə zəng etdim. Soruşdum, səncə, necə cümlə işlətməliyəm ki, əslidə belə olmadığını anlasınlar. Dedi ki, heç kimə nəyisə sübut etməyə çalışma. Buna ömrünü sərf etmə, əsəbiləşmə. Sözünü demisən və səni tanıyan insanlar bilir ki, necə insansan".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
axsam.az

4Mənbələr