AZ

Azərbaycan gimnastları III MDB Oyunlarında batut yarışlarının finalına yüksəldi

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında batut gimnastikası üzrə yarışlar davam edir.

90deqiqe.Az xəbər verir ki, ikinci yarış günündə idmançılar sinxron proqramda çıxış ediblər.

Azərbaycan təmsilçilərindən oğlanlar arasında Maqsud Mahsudov və Hüseyn Abbasov, qızlarda Şəfiqə Hümbətova və Selcan Mahsudova, qarışıq sinxron proqramda isə Selcan Mahsudova və Maqsud Mahsudov final mərhələsinə vəsiqə qazanıblar.

Bundan əlavə, bu gün keçiriləcək final mərhələsində ölkəmizi qızların fərdi proqramında Selcan Mahsudova, komanda yarışlarında Şəfiqə Hümbətova, Selcan Mahsudova və Vəfa Əlisultanova, oğlanlarda isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.

Seçilən
3
4
90deqiqe.az

8Mənbələr