AZ

Güzəştli ipoteka krediti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

"Güzəştli ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşir. Dörd faiz mövcud faizlərlə müqayisədə yüksək görsənməyə bilər. Amma həssas qruplar güzəştli ipotekadan istifadə etdiyi üçün faizin aşağı salınmasının mümkün olduğunu düşünürük".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili təklif edib ki, həmin kreditlər üzrə faizlərə baxılıb aşağı salınması həyata keçirilsin:

"Eyni zamanda maksimum məbləğin artırılması vacibdir. Çünki evlərin qiymətində artımlar var və uzun müddətdir ki, güzəştli ipoteka kreditlərində maksimum məbləğ artmır. Bu məbləğ isə 100 min manat təşkil edir.

Bu məbləğ nəinki birinci və ikinci zonada, digər zonalarda da mənzil almaq üçün yetərli deyil. Təbii ki, ilkin ödəniş var, amma ilkin ödənişi də nəzərə alsaq, yenə də ümumi məbləğ mərkəzdə və kənar ərazilərdə mənzil almağa imkan vermir.

Ona görə, həmin məbləğin artırılması vətəndaşlarımızın daha real olaraq əmlak bazarına ipoteka götürərək daxil olmasına imkan yarada bilər. Burada arqument ondan ibarət ola bilər ki, məbləğ artsa, ipoteka alanların sayı azalacaq. Çünki hər bir ipoteka kreditinə düşən məbləğ artdığına görə ipoteka kreditlərinin müqavilə sayında azalmalar yarana bilər. Bunun həlli üçün həmin sahə üzrə daha çox vəsaitin ayrılması çıxış yolu ola bilər.

Büdcənin imkanları yetərincədir və İpoteka vəKredit Zəmanət Fondu da yenidən maliyyələşdirmək imkanına malikdir. Çünki əvvəlki dövrlərdə kreditlər verilib və güzəştli kreditlər geri qaytarılır. Adi ipoteka kreditlərində məbləğ 150 min manat olduğunu nəzərə alsaq, güzəştli ipoteka kreditlərindəki məbləğin də bu rəqəmə çatıdırlması realdır".

Orxan Hüseyn

Seçilən
0
1
far.az

2Mənbələr