AZ

Kilo verməyinizə mane olan 10 səbəb

Çəkini azaltmaq düşündüyünüzdən də çətin ola bilər. Bəzən sağlam qidalanmağa, idman etməyə, hətta fast food və şirniyyatlardan imtina etməyinizə baxmayaraq, tərəzi eyni qalır. Təslim olmayın – bunun görünməyən səbəbləri ola bilər.

E-saglam.az sizə əsas amilləri təqdim edir:

1. Reseptlə verilən dərmanlarAntidepresantlar, oral kontraseptivlər, epilepsiya və migren dərmanları, şəkər və ürək üçün təyin edilən bəzi preparatlar arıqlamağa mane ola bilər. Heç vaxt dərmanı özbaşına dayandırmayın – həkiminizlə məsləhətləşin.

2. XəstəliklərHipotireoz (qalxanabənzər vəzin zəif işləməsi), polikistik yumurtalıq sindromu, Cushing sindromu, diabet, yuxu apnesi və digər hormonal pozğunluqlar çəkiyə təsir edə bilər.

3. MenopozQadın hormonlarının azalması metabolizmi ləngidir. Yağ ehtiyatları əsasən qarın bölgəsində toplanır.

4. Yuxu çatışmazlığıGecə az yatmaq metabolizmi zəiflədir, kortizol səviyyəsini artırır, qan şəkərini və iştahanı yüksəldir. Ən azı 7 saat yuxu vacibdir.

5. Gec oyanmaq“Gecə bayquşları” adətən daha çox kökəlməyə meyllidir. Səhər işığı orqanizmin bioloji ritmini normallaşdırır və D vitamini sintezini gücləndirir.

6. Tez-tez uçuşlarJet-lag bədənin bioloji saatını pozur. Bu isə bağırsaq mikroflorasına və maddələr mübadiləsinə mənfi təsir göstərir.

7. Sosial mühitDostlarınız idman əvəzinə sizi tez-tez içki və fast fooda dəvət edirsə, arıqlamaq daha da çətinləşir.

8. StressGərginlik zamanı kortizol artır, iştaha çoxalır. İnsan adətən şirin, yağlı və kalorili qidalara meyl edir. Stressi idmanla azaltmaq faydalıdır.

9. Gec şam yeməyiYatmazdan az əvvəl yemək metabolizmi yavaşladır. Son yeməklə yuxu arasında ən azı 3 saat fərq saxlamaq lazımdır.

10. Səhər yeməyini buraxmaqGünün ilk yeməyini ötürmək günortaya qədər həddindən artıq aclıq yaradır. Zülal və liflə zəngin səhər yeməyi gün ərzində iştahanı azaldır.

Qeyd edək ki, Bəzi amilləri dəyişmək mümkün olmasa da (məsələn, xəstəliklər və menopoz), bir çoxunu idarə edə bilərsiniz. Yuxunuza diqqət edin, stressi azaldın, düzgün saatda qidalanın – və nəticə mütləq görünəcək.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
7
e-saglam.az

1Mənbələr