AZ

Nikol Kidman buna görə boşanır

ain.az bildirir, Axsham.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, "Oskar" mükafatlı Hollivud aktrisası Nikol Kidman 19 illik musiqiçi həyat yoldaşı Kit Urbanla boşanır.

Axşam.az xəbər verirki, cütlüyün fikir ayrılığı səbəbindən boşandığı məlum olub. Bu barədə "Daily Mail" məlumat yayıb.

Kidman boşanma ərizəsini 30 sentyabrda verib. Sənəddə səbəb kimi fikir ayrılığı göstərilib. Məlum olub ki, cütlük artıq sentyabrın əvvəlində iki qız övladlarının birgə qəyyumluğu ilə bağlı razılaşmanı imzalayıb. Kidman bu sənədə 6 sentyabrda, Urban isə 29 avqustda imza atıb.

Razılaşmaya əsasən, Kidman 17 yaşlı Sandei Rouz və 14 yaşlı Feyz Marqaretin əsas qəyyumu olacaq. O, il ərzində qızları ilə 306 gün, Urban isə 59 gün keçirəcək. 

Məlumata görə, tərəflər bir-birinə aliment ödəməyəcək və qızları ilə bağlı mühüm qərarları birgə verəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
axsam.az

1Mənbələr