AZ

Polşada Fələstini dəstəkləyən yüzlərlə insan etiraz aksiyası keçirib

Bu gün Polşada Fələstinin Qəzza zolağındakı əməliyyatların dayandırılması tələbi ilə etiraz aksiyaları keçirilib...

APA xəbər verir ki, bu gün yüzlərlə insan Polşanın Xarici İşlər Nazirliyinin (XİN) Suxa xiyabanındakı binası qarşısında toplaşıb.

Aksiya iştirakçıları Polşanın Xarici İşlər Nazirliyinin binasına qırmızı boya ataraq binanın şüşələrini sındırıblar.

Etirazçılar həmçinin İsraili dəstəklədiyinə görə Polşanın xarici işlər naziri Radoslav Sikorskinin istefasını da tələb ediblər.

Onlar Fələstinə dəstək ifadə edərək İsrailin Qəzza zolağındakı hərəkətlərinə son qoymasını, İsrail hərbçiləri tərəfindən saxlanılan Sumud Donanmasının üzvlərinin azad edilməsini tələb ediblər.

Poliqon.info

Seçilən
13
6
poliqon.info

7Mənbələr