AZ

Kral ailəsində daha bir qalmaqal - Mərasimə qatılmayacaq - FOTO

İngiltərə kral ailəsinin üzvləri Şahzadə Endrü York hersoqu və onun keçmiş həyat yoldaşı Sarah Fergeni, York hersoqunun xanımı bu il Krallıq ailəsi ilə Milad bayramında iştirak etməyəcəklər.

Bu barədə The Times of London xəbər yayıb.

Qərar Şahzadə Endrünün illər boyu baş verən qalmaqalları səbəbindən qəbul edilib və cütlük kral ailəsi tədbirlərindən uzaq tutulur. 76 yaşlı Kral Çarlzın məqsədi onların gələcək ailə tədbirlərində "görünməz" olmalarını təmin etməkdir ki, monarxiyanın nüfuzu qorunsun.

"Birini qardaşın olmaqdan çıxarmaq olmaz, amma bu il hersoq və hersoqun diqqətdən uzaq qalması ən yaxşısı olar" .

Kral Çarlzın bu addımı kral ailəsinin nüfuzunu qorumaq və ictimai tədbirlər zamanı əlavə qalmaqallardan qaçmaq məqsədini əks etdirir./Milli.Az

Seçilən
0
3
musavat.com

4Mənbələr