AZ

"Fənərbağça"dan qələbə, "Roma" "Lill"ə uduzdu

UEFA Avropa Liqasının əsas mərhələsində II turun oyunları start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Türkiyənin "Fənərbağça" klubu  doğma meydanda Fransanın "Nitsa" klubunu sınağa çəkib. Bu görüşdə İstanbul təmsilçisi inamlı qələbə qazanıb.

İtaliyanın "Roma" klubu doğma meydanda Fransanın "Lill" klubunu qəbul edib və minimal hesabla uduzub.

Şotlandiyanın "Seltik" klubu doğma meydanda Portuqaliyanın "Braqa"sı ilə üz-üzə gəlib və bu görüşdə məğlubiyyətə üzülüb.

İsveçrənin "Yanq Boyz"u Ruminyada FCSB-ə, Niderlandın "Qou Ehed İqlz" klubu isə Yunanıstanda "Panatinaikos"a qalib gəlib.

UEFA Avropa Liqası

Liqa mərhələsi

II tur

2 oktyabr

20:45. "Roma" (İtaliya) – "Lill" (Fransa) - 0:1

Qollar: H.Haraldsson, 6

20:45. "Bolonya" (İtaliya) – "Frayburq" (Almaniya) - 1:1

Qollar: R.Orsolini, 29, I.Adamu,57 (pen)

20:45. "Seltik" (Şotlandiya) – "Braqa" (Portuqaliya) - 0:2

Qollar: R.Horta, 20, G.Martines, 85

20:45. "Viktoriya" (Çexiya) – "Malmö" (İsveç) - 3:0

Qollar: M.Vydra, 34, R.Durosinmi, 44, K.Spacil, 53

20:45. "Fənərbağça" (Türkiyə) – "Nitsa" (Fransa) - 2:1

Qollar: K.Aktürkoğlu, 3, 25, K.Karlos, 35, (pen)

20:45. FCSB (Rumıniya) - "Yanq Boyz" (İsveçrə) - 0:2

Qollar: J.Monteyro, 11, 36

20:45. "Panatinaikos" (Yunanıstan) – "Qou Ehed İqlz" (Niderland) - 1:2

Qollar: K.Sviderski, 55, M.Smit, 75,82

20:45. "Ludoqorets" (Bolqarıstan) – "Betis" (İspaniya) - 0:2

Qollar: C.Lo Celso, 31, Son, 53, (a.q)

20:45. "Brann" (Norveç) – "Utrext" (Niderland) - 1:0

Qollar: S.Maqnusson, 41

Seçilən
14
12
90deqiqe.az

3Mənbələr