AZ

Möhtəşəm matçdan öncə yaranan problem: “Stadion hörmətsiz şəkildə azarkeşi əzdirir” – Video

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçirilən “Qarabağ” – “Kopenhagen” (2:0) matçından öncə problem yaranıb.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionuna gələn azarkeşlərin əksəriyyəti QR kod işləməməsi səbəbindən arenaya girməkdə çətinlik çəkib.

Bununla bağlı sosial şəbəkələrdə bir çox paylaşımlar edilib. Azarkeşlər bildirib ki, hətta arenaya daxil olmaq üçün 40-50 dəqiqə gözləməli olublar.

Texnobloqer Fərid Pərdəşünas da çətinliklərlə üzləşdiyi barədə feysbuk hesabında yazıb:

“Bu paylaşımı bacardığım qədər emosiyaları kənara qoyub, ədalətli şəkildə yazmağa çalışacağam və düşünürəm ki, Qarabağ FK oyununa yarımçıq daxil olan minlərlə insan məni başa düşəcək.

İlk təhlükəsizlik yoxlanışından keçəndən sonra 50 dəqiqə vaxtımız var idi. Dəmir turniketlər önünə gələndə bizi qarşılayan ölüm sıxlığından xəbərsiz idik.

Bir neçə sektora girişi təmin edən 6 turniket önündə yumru sıra var idi. Yəni ümumiyyətlə sıra yox idi. Qeyri-adi şəkildə dəmir turniketlər QR oxuyub yaşıl yandırdığı halda ilişib qalırdı.

Oyunun 25-ci dəqiqəsində ancaq stadiona daxil ola bildik. Bizdən sonra da xeyli insan hələ də gözləyirdi. İnsan o qədər idi ki, ikinci hissəyə çatanlar oldu.

“Qarabağ” Avropa səviyyəsində futbol oynayır. İnsanlar sevinə-sevinə oyuna qaçır. Pul xərcləyir. Amma baxırsan ki, bilet satışı platforması tətbiqdən növbəsiz bilet satır. Stadion hörmətsiz şəkildə azarkeşi əzdirir”.

Seçilən
9
3
nocomment.az

4Mənbələr