AZ

MDB Oyunları: Batut gimnastikası üzrə Azərbaycan komandası gümüş medal qazanıb - FOTO

III MDB Oyunlarında batut gimnastikası üzrə yarışın ikinci günündə qadın, kişi və qarışıq cütlüklərin sinxron proqramda təsnifat mərhələsi yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Day.Az-a verilən məlumata görə, ölkəmiz sinxron proqramda üç kateqoriyada təmsil olundu: qadın cütlüklər - Selcan Mahsudova və Şəfiqə Hümbətova, kişi cütlük Maqsud Mahsudov və Hüseyn Abbasov, qarışıq cütlük - Selcan Mahsudova və Maqsud Mahsudov.

Komanda hesabında baş tutan mükafatlandırma mərasimində təmsilçilərimiz Maqsud Mahsudov, Mehdi Əliyev, Nicat Mirzəyev və Hüseyn Abbasov gümüş medalın sahibi oldular.

  • MDB
  • MDB
  • MDB
  • MDB
  • MDB
  • MDB
  • MDB
  • MDB
Seçilən
3
1
day.az

2Mənbələr