AZ

Putindən ŞOK ETİRAFLAR: “Həm ukraynalılar, həm də ruslar üçün...”

"Ukraynada baş verən münaqişənin səbəbləri gizli deyil və onun tarixini öyrənməyə cəhd edən hər bir kəs bu səbəbləri aydın görə bilər. Prezidentin sözlərinə görə, Ukraynada yaşanan faciə həm ukraynalılar, həm də ruslar üçün – ümumilikdə “hamımız üçün” dərin ağrıdır."

Hurriyyet.Az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransının plenar iclasındakı çıxışında deyib. Putin Ukraynanı Qərbdəki qlobalistlərin və ekspansionist dairələrin, həmçinin onların Kiyevdəki “xidmətçilərinin” istifadə etdiyi “sərf olunan material” kimi xarakterizə edib. O qeyd edib ki, əgər ABŞ-da Donald Tramp hakimiyyətdə olsaydı və NATO Rusiyanın sərhədlərinə bu qədər yaxınlaşmasaydı, bu gün Ukraynada müharibə baş verməyə bilərdi.

Putin vurğulayıb ki, bütün ölkələrin, o cümlədən Ukrayna və Rusiyanın öz təhlükəsizliklərini təmin etməyə çalışması tamamilə qanunidir. Onun fikrincə, Ukraynadakı vəziyyət bir çox dövlətlər üçün nəzarət zonalarını genişləndirmək və əlavə qazanc əldə etmək vasitəsinə çevrilib.

Rusiya lideri əlavə edib ki, hələlik Ukraynada döyüş əməliyyatlarını dayandırmaq mümkün olmayıb və bunun əsas məsuliyyəti Avropa ölkələrinin üzərinə düşür. O, həmçinin bildirib ki, Şimali Koreya belə, münaqişənin dayandırılması üçün səylər göstərib.

Putinin sözlərinə görə, bütün təbliğata və beyin yuyulmasına baxmayaraq, Ukraynada müəyyən müsbət dəyişikliklər baş verir və bu, gələcək üçün ümidverici siqnaldır.

Seçilən
5
3
hurriyyet.az

4Mənbələr