AZ

İranın paytaxtı dəyişir: bu şəhər ola bilər – Pezeşkian açıqladı

İran Prezidenti Məsud Pezeşkian ölkədə ekoloji və infrastruktur problemlərinə görə paytaxtın Tehrandan köçürülməsinin qaçılmaz olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə hökumət rəsmiləri ilə görüşdəki çıxışında bildirib:

“Biz bu tendensiya ilə Tehranda qala bilmərik. Tehranın bəzi yerlərində torpaq çökməsi 30 santimetrə çatıb”.

Pezeşkian ölkədəki su qıtlığı böhranına da diqqət çəkib və paytaxta suyun nəqlinin çox baha başa gəldiyini vurğulayıb.

Onun sözlərinə görə, İslam Respublikasının rəhbəri paytaxtın ölkənin cənubuna – Fars körfəzi sahillərinə köçürülməsi məsələsinin öyrənilməsi üçün xarici məsləhətçilərin cəlb edilməsinə razılıq verib. Lakin hələlik bu istiqamətdə hökumət tərəfindən real addım atılmayıb.

Prezident həmçinin Bəndər-Abbas və Hörmüzqan bölgəsinin İranın paytaxtı olması üçün ideal şəhərlər olduğunu bildirib./Globalinfo.az/

Seçilən
5
3
turkustan.az

6Mənbələr