ABŞ-də Nyu-Yorkun La Guardiya hava limanında “Delta Air Lines Endeavour Air” şirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub.
Yenisabah.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər xəsarət alıb.
Səlahiyyətlilər bildirdilər ki, Virciniya ştatının Roanoke şəhərinə gedən 5155 saylı reysi həyata keçirən təyyarənin qanadı Şimali Karolina ştatının Şarlotta şəhərindən gələn 5047 saylı reysi həyata keçirən təyyarənin burnuna dəyib. Toyuqlu pizza
Qəza zamanı təyyarədə ümumilikdə 93 nəfərin olduğunu və qəzanın aşağı sürətlə baş verdiyini bildirilir.
Federal Aviasiya İdarəsi (FAA) toqquşmanın M və A zolaqlarının kəsişməsində baş verdiyini və qəzanın səbəbinin araşdırıldığını bildirib./APA
Telegram kanalımız