AZ

Mərakeşdə kütləvi aksiyalar davam edir, insanlar inzibati binalara basqın ediblər

Mərakeşdə etirazçılar silah ələ keçirmək üçün təhlükəsizlik orqanlarına və inzibati binalara hücum edirlər.

APA xəbər verir ki, bu barədə paytaxt Rabatda çıxış edən Daxili İşlər Nazirliyinin sözçüsü Rəşid əl-Xəlfi məlumat verib.

"Bir neçə regionda bəzi nümayişlər dinc xarakter daşımağı dayandırıb. Biz az bir qrup təhrikçi və qarışıqlıq yaradan açıq-aşkar cinayət əməlləri ilə üz-üzəyik. Görünməmiş cinayət əməlləri silah, avadanlıq və sursatların ələ keçirilməsi üçün inzibati binalara və təhlükəsizlik mərkəzlərinə hücumlara və basqınlara çevrilib", - o deyib.

Mərakeş hökuməti dialoq və müzakirəyə hazır olduğunu bildirərək küçələrə çıxan gənclərin tələblərini alqışlayır. Bu barədə baş nazir Əziz Axennuş məlumat verib.

"Hökumət gənclərin tələblərinə müsbət cavab verir və qurumlarda və ictimai məkanlarda dialoq və müzakirələrə hazır olduğunu bildirir", - o deyib.

Qeyd edək ki, sentyabrın 27-dən bəri ölkədə kütləvi etirazlar davam edir. Aksiyalar demək olar ki Mərakeşin bir çox şəhərində davam edir. Etirazları sosial mediada yaradılan GenZ212 gənclər qrupu təşkil edir.

Qrupun fəalları hökumətdən təhsil və səhiyyə sistemlərində köklü islahatlar aparmağı, korrupsiya və işsizliklə mübarizə aparmağı, vətəndaşların layiqli həyat səviyyəsini təmin etməyi tələb edirlər.

Seçilən
13
1
apa.az

2Mənbələr