AZ

Nazir xəbər verdi: “Xankəndidəki stadion hələ tam hazır deyil”

“Xankəndidə 2 il öncə böyük bir tədbir keçirmişdik, daha sonra şəhər stadionunun bərpa edilməsi üçün qərar verildi”.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir stadionda artıq müəyyən işlərin görüldüyünü bildirib:

“Lakin stadion hələ futbol oyunları üçün tam hazır deyil. Bu oyunlardan sonra yenidənqurma işləri davam edəcək.

Planlaşdırırıq ki, işlər gələn ilin yanvarında bitəcək. Bu UEFA-nın 3-cü dərəcəli kateqoriyasına uyğun olacaq.

Burada müxtəlif yerli və beynəlxalq oyunlar təşkil olunacaq”.

Seçilən
21
sportinfo.az

1Mənbələr