AZ

Yeni və sürətli qurğu elmdə möcüzələr vəd edir

Yeni

ABŞ-nın Miçiqan Universitetinin alimləri süni intellekt əsasında"META-SiM" adlanan qurğu hazırlayıblar. Bu müasir model təkbaşına molekulların davranışını böyük təqdim edilən bir çox massivlərdə sürətlə analiz edə bilir. Yeni qurğu əvvəllər günlərlə aparılan elmi-tədqiqat işini artıq bir gecə ərzində yekunlaşdıraraq konkret nəticə təqdim edir.

Reyting.az
-ın məlumatına görə, mütəxəssislər vurğulayıblar ki, süni intellekt bazasında ərsəyə gətirilmiş qurğu, planlaşdırıldığı kimi, müxtəlif eksperimental məlumatlar üzərində öyrədilib və yalnız molekulların deyil, hissəciklərin diffuziyası və heyvan miqrasiyası, hətta kosmosu izləməklə bir çox asteroidlərin hərəkətinin davranışını aşkarlayıb nümunələr götürməyi bacarır.

Alimlərin sözlərinə görə, yeni, həmçinin mükəmməl olan bu qurğu tezliklə elmə əvəzsiz töhfələr verəcək.

Tədqiqatçıların fikrincə, yeni qurğu tamamilə nöqsansız işləyəcək və bir çox genetik xəstəliklərin, xüsusilə genetik məlumatın "splaysinqi" zamanı yaranan pozuntuların öyrənilməsi prosesində çox mühüm rol oynayacaq.

Alimlərin "yeri-göyü öyrənəcək möcüzə" adlandırdıqları "META-SiM" qurğusunun sınağı, yeni nəticələri haqqında "Nature Methods" jurnalında məqalə dərc olunub.

Oqtay QORÇU
Seçilən
7
1
reyting.az

2Mənbələr